Poqba yenə zədələndi

Poqba yenə zədələndi
XƏBƏR 12 Mart 2023 / 23:13 1583
-  A +

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba yenidən zədələnib.

Qol.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. Fransalı futbolçu əzələsindən zədə alıb. 29 yaşlı oyunçu ona görə də bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq "Sampdoriya"ya qarşı görüş üçün heyətdə yer almayıb. 

Hələlik onun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.

Qeyd edək ki, Poqba yayda "Yuventus"a keçsə də, səhhətində yaranan problemlər səbəbindən cəmi 2 oyunda iştirak edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner