"Barselona" gözdən salma kampaniyasının qurbanı oldu"

"Barselona" gözdən salma kampaniyasının qurbanı oldu"
XƏBƏR 12 Mart 2023 / 21:09 1972
-  A +

"Barselona"nın prezidenti Joan Laporta kluba qarşı irəli sürülən ittihamlar barədə fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, "Barselona" keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselin texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya etdiyi ödənişlərdə korrupsiya olması ehtimalına görə günahlandırılır.

Laporta bu məsələlərlə bağlı öz Tvitter hesabında paylaşım edib. O yazıb: 

"Barselona" ittiham olunduqları şeydə günahkar deyil. Klub gözdən salma kampaniyasının qurbanı olub. Bunda təəccüblü heç nə yoxdur, biz “Barselona”nı müdafiə edəcəyik və klubun günahsız olduğunu sübut edəcəyik. Çoxları öz səhvlərini düzəltməli olacaqlar”.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner