"Qələbə sevincimiz xoşunuza gəlmirsə, kilsəyə gedin"

"Qələbə sevincimiz xoşunuza gəlmirsə, kilsəyə gedin"
XƏBƏR 12 Mart 2023 / 18:39 1850
-  A +

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının haqqında səsləndirilən tənqidlər haqqında danışıb.

Qol.az xəbər verir ki, "topçular"ın İngiltərə Premyer Liqasının 26-ci turunda "Bornmut" üzərində qələbəni (3:2) çılğın şəkildə qeyd etməsi hələ də müzakirə olunur.  "Arsenal"ın bu çılğınlığı tənqidlərə səbəb olub. Komandanın baş məşqçisi Mikel Arteta isə tənqidlərə münasibət bildirib. O deyib: 

"Futbol qələbələri qeyd edir. Ehtiras və emosiya istəyirsən. Qol vurmaq və futbol matçlarında qalib gəlməkdən gözəl bir şey yoxdur. Əgər qələbə sevincimiz xoşunuza gəlmirsə, kilsəyə gedin. Mən əlbəttə ki, futbolçulardan qarşıdakı oyunlardakı qələbələri daha təmkinli qeyd etmələrini istəməyəcəyəm”.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner