Azərbaycan taekvondoçuları Niderlandda 2 “qızıl” qazandılar

Azərbaycan taekvondoçuları Niderlandda 2 “qızıl” qazandılar
XƏBƏR 12 Mart 2023 / 13:46 593
-  A +

Eyndhovendə açıq Niderland çempionatına start verilib.

Qol.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Komandamızın heyətində Rahid Vəliyev (54 kq) və Qaşım Maqomedov (58 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Yığmamızın digər taekvondoçusu Yaşar Məmmədli (68 kq) isə çempionatın gümüş medalına yiyələnib.

Qeyd edək ki, yarışa martın 12-də yekun vurulacaq.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner