Ozan Can 5:1 hesablı qələbədə iştirak etdi

Ozan Can 5:1 hesablı qələbədə iştirak etdi
XƏBƏR 11 Mart 2023 / 12:06 1897
-  A +

Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Eyndhoven" Niderland 2-ci liqasında 28-ci turun oyununa çıxıb.

Qol.az xəbər verir ki, evdə "Ayaks"ın gənclərdən ibarət komandası ilə  qarşılaşan "Eyndhoven"  5:1 hesablı qələbə qazanıb.

Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Eyndhoven" 28 turdan sonra 45 xalla 5-ci sıradadır.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner