"Konyaspor"un yeni transferi Mahir Emreli Türkiyə mətbuatına açıqlama verib.
Qol.az xəbər verir ki, o, əvvəlcə Türkiyə Superliqasının 24-cü turunda rəsmi debüt etdiyi "Giresunspor"a qarşı oyun (0:0) barədə danışıb: "Giresunspor"la matç yeni oyunçularla birlikdə ilk matçımız idi. Bu qarşılaşmada qələbə qazanmağı çox istəyirdik. Uzun müddətdir qalibiyyət əldə etməmişik və qolumuz da yoxdur. 3 xal qazanmaq istəyimiz meydanda da görünürdü. Müdafiədə çox qalmadan daha çox hücum etmək istədik. Deməli, bu mübarizə və futbol qələbə üçün bəs etmədi".
25 yaşlı hücumçu qarşıdakı görüşlərdə daha çox çalışıb, mübarizə aparmalı olduqlarını söyləyib: "Hücumda yaradıcı olmalıyıq. Hələ itkilərimiz var. Bunları həll etməyə çalışacağıq. İnanıram ki, gec və ya tez qələbələr və qollar gələcək".
Qeyd edək ki, Mahir Emreli qış fasiləsində Zaqreb "Dinamo"sundan bu mövsümün sonuna kimi icarə əsasında Türkiyə klubuna keçib.
Mareska özü seçim edəcək
Asiya Çempionlar Liqasının yarımfinalına yüksəldilər
"Biz bir oyun planına bağlı deyilik" - Xabi Alonso
Nuriyev oynadı, komandası məğlub oldu
PSJ "Mançester Yunayted"lə heç-heçəyə razılaşdı
"Tottenhem"dən gedir
"Neftçi" 1-ci liqa klubu ilə qarşılaşdı
"Onlarda məsuliyyət hissi çatışmır"
Millini yenidən çalışdıra bilər
Messinin doğma klubu atasının xatirəsini yad etdi
"Şəmkir"də yeni təyinat
Salah gələr-gəlməz "Trabzonspor"da rekord
"Çelsi" "Milan"a böyük hesabla qalib gəldi
"Yuventus" "İnter"lə bacarmadı
Millinin futbolçusu sıradan çıxdı
"Fənərbaxça" Lukaku ilə razılığa gəldi
Ferran Torres PSJ-də
Bruno Gimaraeş rəsmən "Arsenal"da
Lionel Messiyə ağır itki üz verdi