Ançelottidən Mbappe açıqlaması

Ançelottidən Mbappe açıqlaması
XƏBƏR 10 Mart 2023 / 17:03 3354
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti PSJ-nin hücumçusu Kilian Mbappeni transfer edəcəkləri barədə yayılan məlumatlara münasibət bildirib.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis deyib: “Kilian Mbappenin transferi? Bu sualı mənə bu gün, 3 gündən sonra, 2 aydan sonra da verə bilərsiniz... Amma mən buna heç vaxt cavab verməyəcəyəm".

Mbappenin "Real"a mümkün keçidi ilə bağlı söz-söhbətlər hücumçunun PSJ ilə birlikdə Çempionlar Liqasının hazırkı mövsümündə 1/8 finalda "Bavariya"ya məğlub olmasından (0:1, 0:2) sonra ortaya çıxıb. Paris klubundakı gələcəyini şərh edən fransız, komandanın Liqa 1-də çempion olmasına kömək etmək istədiyini deyib, lakin gələcəkdə harasa transfer olunacağını istisna etməyib. O, 2017-ci ildən PSJ-də oynayır.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner