Premyer Liqada ayın ən yaxşı məşqçisi açıqlandı

Premyer Liqada ayın ən yaxşı məşqçisi açıqlandı
XƏBƏR 10 Mart 2023 / 16:40 1122
-  A +

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, bu, "Mançester Yunayted"in çalışdırıcısı Erik ten Haq olub. Onun komandası ötən ay yerli çempionatın 4 oyunundan 3-də qalib gəlib, 1 dəfə heç-heçə edib. 

Ten Haq Premyer Liqada 2-ci dəfə ayın ən yaxşısı seçilib. O, daha əvvəl bu mükafatı ötən ilin sentyabr ayında alıb. 

Qeyd edək ki, Ten Haq 2022-ci ilin yayından "Mançester Yunayted"i çalışdırır.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner