"Messinin Ronaldo kimi iş etikası olsaydı, 15 "Qızıl top" qazanardı"

"Messinin Ronaldo kimi iş etikası olsaydı, 15 "Qızıl top" qazanardı"
XƏBƏR 10 Mart 2023 / 16:14 3151
-  A +

Fransa millisinin sabiq üzvü Patrik Evra Lionel Messi (Argentina, PSJ) və Kriştiano Ronaldo (Portuqaliya, "Əl-Nəsr") haqqında danışıb.

Qol.az "Talksport"a istindən xəbər verir ki, 41 yaşlı keçmiş müdafiəçi "Mançester Yunayted"dəki sabiq komanda yoldaşı Ronaldonu Messidən üstün tutduğunu deyib: 

"Hər dəfə niyə Kriştiano Ronaldo haqqında danışdığımı izah etmək istəyirəm. Ronaldonu dostum, qardaşım olduğu üçün yox, onun iş etikasına aşiq olduğum üçün 1 nömrə görürəm. Tanrı Messiyə istedad verib. Ancaq Kriştiano bunun üçün çalışmaq, işləmək məcburiyyətində qaldı. Messinin də Kriştiano Ronaldo kimi iş etikası olsaydı, 15 "Qızıl top" qazanardı. Çalışan insanları sevirəm, ona görə də Ronaldonu Messidən üstün tuturam”.

Qeyd edək ki, Patrik Evra 2006-2014-cü illərdə "Mançester Yunayted"də oynayıb. Ronaldo isə 2006-2009-cu illərdə bu komandanın formasını geyinib. Kriştiano Patriklə birlikdə 3 dəfə İngiltərə çempionluğu yaşayıb.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner