Kante silahla hədələnib

Kante silahla hədələnib
XƏBƏR 10 Mart 2023 / 14:55 1172
-  A +

"Çelsi"nin fransalı yarımmüdafiəçisi N'Qolo Kante 2017-ci ildə silahla təhdid edilib.

Qol.az xəbər verir ki, bu barədə "France Football" məlumat yayıb. Kanteni zorla restorandan çıxararaq maşına mindiriblər və orada onun dizinə silah dayayıblar. 31 yaşlı futbolçunu menecerini dəyişdirdiyi üçün hədələyiblər. Kante özü 2016-cı ildə "Lester"dən "Çelsi"yə keçidini təşkil edərkən bir neçə dəfə menecerini dəyişib. Bildirilir ki, futbolçunu təhdid edən şəxsin onun London klubuna keçidindən xeyir axtaran keçmiş menecerini birinin qohumu olması ehtimal edilir.

Oyunçunun əhatəsində onlar qeyd edirlər ki, onun ətrafında həmişə Kantenin mehribanlığından və sadəlövhlüyündən öz eqoist məqsədləri üçün istifadə edən çoxlu sayda insan var.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner