Neymar əməliyyat olundu

Neymar əməliyyat olundu
XƏBƏR 10 Mart 2023 / 14:20 1315
-  A +

PSJ-nin braziliyalı futbolçusu Neymar sağ dizindən əməliyyat olunub.

Qol.az "L`Euipe"yə istinadən xəbər verir ki, əməliyyat Qətərin paytaxtı Dohada baş tutub. 

Daha əvvəl məlum olmuşdu ki, Neymar fevralın 20-i keçirilən "Lill"lə matçda aldığı ağır zədə səbəbindən 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu, da 31 yaşlı hücumçü üçün cari mövsümün başa çatması deməkdir. 

Bu mövsüm Neymar PSJ-nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub və 17 qolun ötürməsini verib. Braziliyalı futbolçunun Fransanın aparıcı klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner