Sergen Yalçından "Trabzonspor" açıqlaması

Sergen Yalçından "Trabzonspor" açıqlaması
XƏBƏR 10 Mart 2023 / 13:29 1675
-  A +

"Beşiktaş"ın sabiq baş məşqçisi Sergen Yalçın "Trabzonspor"u çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirilib.

Qol.az "NTV Spor"a istinadən xəbər verir ki, Türkiyə mətbuatında Abdullah Avcının istefasından sonra komanaya S.Yalçının baş məşqçi təyin olunacağı yazılmışdı. 50 yaşlı mütəxəssis isə bu məlumatları təkzib edib: "Hələ belə bir təklif almamışam".

Qeyd edək ki, A.Avcı bir neçə gün əvvəl "Trabzonspor"dan ayrılıb. Komanda hazırda Superliqanın turnir cəvəlində 38 xalla 6-cıdır. "Trabzonspor" həmçinin superliqanın son qalibidir.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner