PSJ-dən Qaltyeyə şərt

PSJ-dən Qaltyeyə şərt
XƏBƏR 10 Mart 2023 / 12:43 2083
-  A +

PSJ Çempionlar Liqasında mübarizəni dayandırdığına görə baş məşqçisi Kristof Qaltyeni istefaya göndərməyəcək.

Qol.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Klub prezidenti Nasser Əl-Xəlaifi “Bavariya”ya məğlubiyyətlərdən (0:1, 0:2) sonra tələsik qərarlar qəbul etməyi planlaşdırmır.

Lakin PSJ Qaltyenin qarşısına şərt də qoyub. Komanda bu mövsüm Liqa 1-in çempionu olmasa, onunla yollar ayrılacaq. Bu halda idman direktoru Luis Kampos da klubu tərk edəcək.

Qeyd edək ki, Fransa çempionatının 26 turundan sonra PSJ 63 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Klub 2-ci yerdəki “Marsel”i 8 xal qabaqlayır. Qaltye 2022-ci ilin yayından PSJ-ni çalışdırır.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner