"Yuventus" Poqbanı belə cəzalandırdı

"Yuventus" Poqbanı belə cəzalandırdı
XƏBƏR 9 Mart 2023 / 17:15 2828
-  A +

"Yuventus"un futbolçusu Pol Poqba intizamsız davranışına görə Avropa Liqasının 1/8 finalında "Frayburq"la görüş üçün iştirak ərizəsində yer almayıb. 

Qol.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi nizam-intizam səbəbi ilə "Yuventus"un heyətindən kənarlaşdırılıb. O, dünən komandanın məşqinə gecikib. 

Poqba ötən yay "Yuventus"a keçəndən sonra zədələnib və cəmi 2 matçda iştirak edib.

Xatırladaq ki, "Yuvenus" - "Frayburq" görüşü bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner