La Liqa Vinisiusa görə məhkəməyə şikayət etdi

La Liqa Vinisiusa görə məhkəməyə şikayət etdi
XƏBƏR 9 Mart 2023 / 16:19 1813
-  A +

La Liqa "Real"ın futbolçusu Vinisius Juniora qarşı irqçiliyə görə Sevilya məhkəməsinə şikayət edib.

Qol.az xəbər verir ki, bu haqda qurumun rəsmi saytı məlumat yayıb. Çempionatın 24-cü turunda "Betis" - "Real" matçında (0:0) cinah oyunçusuna qarşı irqçi təhqirlərin qeydə alındığı bildirilib. La Liqa Vinisiusu təhqir edən şəxsin müəyyən edilməsi və müvafiq cəzanın tətbiq edilməsi üçün Sevilya məhkəməsinə şikayət edib.

Qeyd edək ki, bu, La Liqanın Vinisiusa görə etdiyi 7-ci şikayətdir.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner