Artetadan "Real" açıqlaması

Artetadan "Real" açıqlaması
XƏBƏR 9 Mart 2023 / 15:38 4249
-  A +

"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Real"ı çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirib. 

Qol.az goal.com-a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis açıqlamasında hazırda bu barədə düşünmədiyini deyib:

"Deyə bilərəm ki, bütün diqqətimi "Arsenal"a yönəltmişəm. Bu futbol klubunda gördüyüm işlərə görə son dərəcə qürurluyam və minnətdaram. Vəssalam".

Xatırladaq ki, Arteta 2019-cu ildən "Arsenal"ın baş məşqçisidir. Mətbuatda "Real"ın indiki çalışdırıcısı Karlo Ançelottini istefaya göndərəcəyi, onun yerinə isə Mikel Artetanı gətirəcəyi haqda məlumatlar yayılıb.


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner