Mbappe gələcəyi ilə bağlı sualı belə cavablandırdı

Mbappe gələcəyi ilə bağlı sualı belə cavablandırdı
DÜNYA FUTBOLU 9 Mart 2023 / 11:58 3289
-  A +

PSJ-nin hücumçusu Kilian Mbappe komandası Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra gələcəyi ilə bağlı sualı cavablandırıb.

Qol.az "RMC Sport"a istinadən xəbər verir ki, o deyib: “Gələcəyimi düşünürəm? Yox, yox, mən sakitəm. Bu mövsüm mənim üçün vacib olan yeganə şey çempionluqdur. Və sonrasına baxacağıq".

Qeyd edək ki, PSJ ÇL-in 1/8 finalında "Bavariya"ya hər iki matçda (0:1, 0:2) uduzaraq turnirdə mübarizəni dayandırıb.

Xatırladaq ki, Mbappe 2018-ci ilin yayından Paris təmsilçisində çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.11.26  11:22

200-cü heç-heçə

topaz banner