1:5-dən sonra istefaya göndərildi

1:5-dən sonra istefaya göndərildi
XƏBƏR 8 Mart 2023 / 21:28 3386
-  A +

"Brügge" baş məşqçisi Skott Parkerlə yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 42 yaşlı mütəxəssis təyinatından 9 həftə sonra istefaya göndərilib

O, 2022-ci il dekabrın 31-dən "Brügge"ni çalışdırırdı. Belçika təmsilçisi Parkerin baş məşqçiliyi altında 12 oyunda 2 dəfə qalib gəlib.

Belçika çempionatında komanda 4-cü yeri tutur. Həmçinin "Brügge" Çempionlar Liqasının 1/8 finalının cavab oyununda ötən gecə "Benfika"ya uduzub - 1:5. Onlar ilk görüşdə də məğlub olublar - 0:2. Nəticədə "Brügge" ÇL-də mübarizəni dayandırıb. 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner