Ten Haq: "Dərsimizi aldıq"

Ten Haq: "Dərsimizi aldıq"
XƏBƏR 8 Mart 2023 / 19:58 1883
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 26-cı turunda matçında "Liverpul"a 0:7 hesabı ilə uduzduqları sarsıdıcı məğlubiyyətdən növbəti dəfə danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o bu məğlubiyyətin onlar üçün dərs olduğunu deyib:

“Oyunçular məni ruhdan saldılar? Yox, biz birlikdəyik, işimizi birlikdə görürük. Birlikdə qalib gəlirik və uduzuruq. 

Uğursuzluqların olacağını bilirik. Öyrənilən bu dərs gələcəkdə bizə kömək edəcək. Həqiqətən də orta səviyyədən aşağı çıxış etdik. Biz kuboklar qazanmaq istəyirik və bundan sonra fərqli hərəkət etməliyik. Bazar günündən sonra böyük bir dərs aldıq. İndi isə irəliyə baxmaq imkanımız var". 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner