Skaloni: "Uşaqlarım Messi və Dibalaya aşiqdirlər"

Skaloni: "Uşaqlarım Messi və Dibalaya aşiqdirlər"
XƏBƏR 8 Mart 2023 / 19:25 1207
-  A +

Argentina millisinin baş məşqçisi Lionel Skaloni futbolçuları Lionel Messi (PSJ) və Paulo Dibala ("Roma") haqqında danışıb. 

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, övladlarının bu hücumçuların qatı azarkeşləri olduğunu etiraf edib:

“Uşaqlarımın 11 və 6 yaşı var. Kiçik oğlum Dibalaya aşiqdir. O, özünü dərk etməyə başladığı vaxtdan Dibalanın azarkeşidir. Böyük oğlum isə Messinin çılğın fanatıdır".

Xatırladaq ki, Messi və Dibala 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin heyətində Skalonin baş məşqçiliyi altında çempion olublar. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner