"Real" hakimlərin "Barselona"ya kömək etdiyini düşünür

"Real" hakimlərin "Barselona"ya kömək etdiyini düşünür
XƏBƏR 7 Mart 2023 / 17:27 1655
-  A +

"Real" La Liqada hakimlərin klubun nəticələrinə mənfi təsir göstərdiyini düşünür.

Qol.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. “Real” komandanın hakimlərin qərarlarından faydalanması barədə danışılan söz-söhbətlərə əhəmiyyət vermir və bunun əksini düşünür. Madrid klubu hakimlərin komandaya zərər verdiyinə inanır.

Bu mövsüm "Real"ın 8 oyununda mübahisəli epizodlar baş verib. Bundan sonra "Real" rəqiblərin xeyrinə yanlış qərarlar verildiyi qənaətinə gəlib. "Real" bu qərarların La Liqada qol vurma sürətini yavaşlatdığını düşünür.

Söhbət “Sevilya” (3:1, Papu Qomezin Federiko Valverdeyə kobud oyunu), “Jirona” (1:1, Marko Asensioya qarşı qayda pozuntusu), "Rayo Valyekano" (2:3, İvan Baliunun Vinisiusa qarşı qayda pozuntusu), “Kadis”lə (2:1), Rodriqoya qarşı kobudluq), “ Vilyarreal ” (1:2, David Alabaya qarşı kobudluq), “Malyorka” (0:1, Vinisiusa qarşı 10 qayda pozuntusu) və “Betis”lə (0:0, aqressiya) matçlardan gedir. Həmçinin "Real" hesab edir ki, İspaniya kuboku çərçivəsində "Barselona" ilə ilk oyunda (0:1) Qavi iki kobud qayda pozuntusuna görə cəza almalı idi.

"Real" hakimlər tərəfindən "Barselona"ya daha yumşaq davranıldığına inanır. Bu mövsüm VAR qərarlarından ən çox əziyyət çəkən "Real"dır. VAR hakimləri 10 dəfə "Real"a qarşı qərarlar veriblər. Buna görə də komanda 4 xal itirib. "Barselona"nın matçlarında cəmi 3 VAR müdaxiləsi olub. Bunun sayəsində Xavinin komandası 2 xal çox qazanıb.

VAR olmasaydı, indi "Real"ın 57, "Barselona"nın isə 60 xalı olacaqdı.

Madrid klubu hazırda 53 xalla La Liqanın turnir cədvəlində 2-ci, "Barselona" isə 62 xalla liderdir.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner