Bölgələrdə yeni stadionlar tikiləcək

Bölgələrdə yeni stadionlar tikiləcək
XƏBƏR 7 Mart 2023 / 14:00 3432
-  A +

AFFA qarşıdakı illərdə regionlarda daha bir neçə yeni stadion inşa etdirəcək.

Qol.az xəbər verir ki, bu haqda AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlama verib.

O qeyd edib ki, 2024-2028-ci illər ərzində bir neçə stadionun inşası nəzərdə tutulub: "Bu haqda qərar İcraiyyə Komitəsinin iclasında qəbul olundu. Hələlik stadion tikiləcək regionlar müəyyənləşməyib. Ona görə də indidən işğaldan azad olunmuş ərazilərin bu siyahıda olub-olmadığını dəqiq deyə bilmərik. Hazırda sırf  regionlarla bağlı müəyyən müzakirələr gedir.  Lakin bir qeyd edə bilərəm ki, Tərtərdə stadionda tikilməsi barədə demək olar ki, qərar qəbul edilib".

Baş katib "Səbail"in yeni mövsümdən regionda çıxış edə biləcəyi barədə suala cavabında bu məsələnin müzakirə edilmədiyini, eləcə də MOİK klubunun gələcəkdə Tərtərdə məskunlaşacağı haqda xəbərin həqiqəti əks etdirnədiyini bildirib.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner