Ten Haq futbolçularını belə cəzalandırdı

Ten Haq futbolçularını belə cəzalandırdı
XƏBƏR 7 Mart 2023 / 12:55 3019
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 26-cı turunda "Liverpul"a səfərdə 0:7 hesabı ilə uduzmalarından sonra futbolçularını cəzalandırıb.

Qol.az xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb. Ten Haq "Liverpul"la oyundan bəzi epizodların videosunu futbolçularına izlətdirib. Bu yolla mütəxəssis məğlubiyyətə görə oyunçularını incitməyə və əsəbiləşdirməyə çalışıb.

Həmçinin bildirilir ki, Ten Haq özü tərəfindən kluba gətirilən niderlandlı idman psixoloqu Reyner Kers ilə daha çox psixoloji dərslərin keçirilməsini istəyib.

Qeyd edək ki, "qırmızı şeytanlar" "Liverpul"a 0:7 hesabı ilə məğlub olmaqla klub tarixinin 92 illik antirekordunu təkrarlayıblar. Mançester təmsilçisi daha əvvəl eyni hesabla “Blekbern” (1926-cı il), “Aston Villa” (1930-cu il) və “Vulverhempton”a (1931-ci il) da uduzub. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner