37 yaşlı Modriç milliyə çağırıldı

37 yaşlı Modriç milliyə çağırıldı
XƏBƏR 6 Mart 2023 / 17:08 1414
-  A +

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avro-2024-ün qarşıdakı seçmə mərhələ oyunları üçün heyəti müəyyənləşdirib.

Qol.az xəbər verir ki, Türkiyə və Uelslə oyunlara görə yığmaya adları aşağıda qeyd olunan futbolçular çağırılıblar:

Qapıçılar: Dominik Livakoviç ("Dinamo" Zaqreb), İvitsa İvuşiç ("Osiyek"), Nedilko Labroviç ("Riyeka");

Müdafiəçilər: Domaqoy Vida (AEK), Borna Barişiç ("Reyncers"), Yosip Yuranoviç ("Union"), Coşko Qvardiol ("Leyptsiq"), Borna Sosa (Ştutqart), Martin Erlix (Sassuolo), Yosip Şutalo (Dinamo Zaqreb);

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), Mateo Kovaçiç (“Çelsi”), Marselo Brozoviç (“İnter”), Mario Paşaliç (“Atalanta”), Nikola Vlaşiç (“Torino”), Lovro Maer (“Renn”), Luka İvanuşek (“Dinamo” Zaqreb), Luka Suçiç (“Zalsbruq");

Hücumçular: İvan Perişiç ("Tottenhem"), Andrey Kramariç ("Hoffenhaym"), Bruno Petkoviç ("Dinamo" Zaqreb), Mislav Orsiç ("Sauthempton"), Marko Livaya ("Hayduk"), Petar Musa ("Benfika").

Qeyd edək ki, Xorvatiya martın 25-də Uels, 28-də isə Türkiyə ilə qarşılaşacaq.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner