"Şəhid Şəhriyar Əlibəyli komandamızın azarkeşi idi"

"Şəhid Şəhriyar Əlibəyli komandamızın azarkeşi idi"
XƏBƏR 6 Mart 2023 / 13:59 2331
-  A +

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Qol.az-ın xəbərinə görə,  "Qəbələ" İdman Klubunun yaydığı açıqlamada bildirilir ki, şəhid Şəhriyar Əlibəyli komandanın azarkeşi olub.

Açıqlamada bildirilir: "Şəhriyar Əlibəyli 25 oktyabr 1994-cü ildə Qəbələnin Vəndam qəsəbəsində anadan olub. Şəhriyar Əlibəyli komandamızın azarkeşi idi. Allahdan şəhidlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Başın sağ olsun, Vətən!".


Qarabağ FK
Son xəbərlər
08.08.26  21:02

"Tottenhem"dən gedir

08.08.26  16:14

Ferran Torres PSJ-də

topaz banner