"Qrupumuzda Azərbaycan kimi güclü rəqib var"

"Qrupumuzda Azərbaycan kimi güclü rəqib var"
XƏBƏR 6 Mart 2023 / 11:58 3018
-  A +

Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsindəki rəqiblərindən Estoniya yığmasının baş məşqçisi Tomas Heberli turnirdə keçirəcəkləri matçlar barədə danışıb.

Qol.az "Transfermarkt"a istinadən xəbər verir ki, mütəxəssis rəqiblərin güclü olduğunu deyib: “Biz sürpriz edib, final mərhələsinə adlamaq istəyirik. Son bir neçə illə müqayisədə biz yaxşı və sabit inkişaf yolu keçmişik. Əlbəttə ki, finala vəsiqə qazanmaq çox çətin olacaq. Əgər bu baş verərsə, böyük sensasiya olacaq. Qrupda Avstriya, Belçika, İsveç, Azərbaycan kimi güclü rəqiblər var. Lakin biz özümüzə və güclü tərəflərimizə inanırıq".

Qeyd edək ki, Azərbaycan və Estoniya arasında ilk oyun iyunun 17-də Bakıda, 2-ci matç isə oktyabrın 13-də Tallində olacaq.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner