“Oyunun keçiriləcəyi Koszalin idman zalında ilk məşqimizə çıxdıq. Polşa ilə oyun zamanı meydanda tətbiq etmək istədiyim bəzi məqamlar var ki, az da olsa onların üzərində işlədik. Düzdür, ilk məşqdə elə də çox vaxtımız olmadı. Çünki bura gəlmək üçün xeyli yol qət etmişik, uşaqlarda yorğunluq var".
Qol.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın futzal millisinin baş məşqçisi Joze Alesio da Silva deyib. O, yığmamızın DÇ-2024-ün əsas mərhələsində Polşaya qarşı keçirəcəyi oyunun hazırlığından danışıb: "Müdafiədən hücuma çıxmağa, 5-in 4-də oyunla bağlı müəyyən taktiki çalışmalara vaxt ayırdıq. Bəzi futzalçılar məşqdə iştirak edə bilmədilər. Bolinya qrip olub, Felipinyo və Ramiz Çovdarovun isə yüngül zədəsi var. Allahın köməyi ilə onlar Polşa ilə oyunda bizə kömək edəcəklər".
Mütəxəssis qeyd edib ki, qələbə qazanaraq qrupu 1-ci pillədə başa vurmaq istəyirlər: "Bilirəm ki, rəqibimiz də bizimlə matça yaxşı hazırlaşır. Hətta onlar tərəfindən verilən müsahibələr, açıqlamalarla da tanışam. Hər dəfə qələbə qazanmaq istədiklərini qeyd edirlər. Onlara hörmətlə yanaşırıq, amma biz də bu qədər yolu qələbə qazanmaq üçün qət etmişik. Oyuna yaxşı hazırlaşmışıq və qrup mərhələsini birinci pillədə başa vurmaq istəyirik".
Qeyd edək ki, Polşa - Azərbaycan oyunu sabah keçiriləcək.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video