Ten Haq: "Qəzəblənirəm"

Ten Haq: "Qəzəblənirəm"
XƏBƏR 6 Mart 2023 / 09:07 2517
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq ötən gün İngiltərə Premyer Liqasının 26-cı turunda "Liverpul"a 0:7 hesablı məğlubiyyəti şərh edib.

Qol.az xəbər verir ki, mütəxəssis matçda qeyri-peşəkar oynadıqlarını deyib və komandanı tənqid edib:

Həmçinin oxuyun: "Liverpul" "Mançester Yunayted"ə 7 qolla qalib gəldi

“Düşünürəm ki, ilk hissəni layiqli keçirdik. Fasiləyə az qalmış oyunun təşkilində bir səhv oldu. İkinci hissədə sadəcə biz yox idik. Bu, bizim standartlara uyğun deyil. Biz komanda şəklində oynamadıq. Bu, qeyri-peşəkar idi. Mən qəzəblənirəm. Təəccüblənirəm, çünki son həftələrdə və aylarda bu komandanın möhkəm və qalib gəlmək əzmində olduğunu gördüm. İkinci hissədə, ümumiyyətlə, qələbə əhval-ruhiyyəmiz yox idi. Plana sadiq qalmadıq, işimizi görmədik. Bu, həqiqətən də qeyri-peşəkar idi".

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner