Mbappe: "Qızıl top"u qazanmaq məqsədimdir, amma..."

Mbappe: "Qızıl top"u qazanmaq məqsədimdir, amma..."
XƏBƏR 5 Mart 2023 / 17:24 1814
-  A +

PSJ-nin hücumçusu Kilian Mbappenin əsas hədəfi "Qızıl top"u qazanmaq deyil. 

Qol.az "L1Equipe"ə istinadən xəbər verir ki, bu haqda 24 yaşlı hücumçu öz açıqlamasında deyib. Mbappe bildirib:

“Əlbəttə, "Qızıl top" mənim məqsədim olaraq qalır. Lakin hazırda bu, mənim üçün prioritet deyil. “Qızıl top”la bağlı fikirlər var və bu normaldır. Belə oynamağa davam etsəm, o zaman "Qızıl top" məndən uzaq olmayacaq”.

Qeyd edək ki, Mbappe 2017-ci ilin yayından PSJ-də oynayır. O vaxtdan bəri fransalı hücumçu 247 matçda 201 qol vurub və 95 qolun ötürməsini edib. Bu qol sayı klub tarixinin rekordudur. 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner