Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov DÇ-2024-ün əsas mərhələsində millimizin Yunanıstanı 5:2 hesabı ilə məğlub etdiyi oyundan sonra brifinq keçirib.
Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə Axundov əvvəlcə qarşılaşma haqda fikirlərini bölüşüb: “Bu nəticəyə görə sevinirik. Amma hələ mübarizə irəlidədir. Elit-raunda hazırlaşacağıq. Görüləsi işlər çoxdur. Bu gün millinin çıxışından tam razı qalmadım. Həm futbolda, həm də futzalda arxayınlıq olmaz. Amma bu görüşdə oldu. Yəqin ki, bu səbəbdən komanda ilə söhbət edəcəyik”.
- Yunanıstanı ilk görüşdə səfərdə 7:0 hesabı ilə məğlub etmişdik. Məhz bu amilin komandada arxayınçılıq yaratdığını düşünürsünüz?
- Əlbəttə. Hər şey məhz ilk oyundakı böyükhesablı qələbədən irəli gəlir. Bu yöndə narazılığımı komandaya bildirəcəyəm.
- Qrupdakı son görüşdə millimiz səfərdə Polşanın qonağı olacaq. Bu oyunda həm də qrup liderinin adına aydınlıq gələcək...
- Yunanıstanla qarşılaşmadan əvvəl komanda ilə görüşmüşdüm. Hər iki oyunla bağlı tapşırıqlar verilib. Ölüb-dirim matçı olacaq. Amma lazımi nəticəni qazanıb, elit-raunda qrup birincisi kimi yüksəlməliyik.
- Polşadakı oyunun nəticəsindən asılı olmayaraq, millimiz artıq Dünya çempionatının elit-raunduna vəsiqəni təmin edib. Qarşıdakı hədəflər nədir?
- Dünya çempionatının əsas mərhələsində vəsiqə qazanmaq. Başqa hədəfimiz yoxdur.
- Martın 7-də AFFA İcraiyyə Komitəsinin iclasında və Konfransda iştirak edəcəksiniz. Konfransda futzalla bağlı vacib məsələlər müzakirə olunacaq. Bu barədə nə deyə bilərsiniz?
- Bu, həm hesabat xarakteri daşıyacaq, həm də bəzi təkliflər irəli sürəcəyik. Yəqin ki, mətbuata bu barədə məlumat veriləcək. Təkliflər futzalın daha da inkişaf etdirilməsi və gənclərin yetişdirilməsi, bu idman növünə cəlb olunması ilə bağlıdır. İcraiyyə Komitəsinin iclasında bu məsələləri qaldıracağıq.
- Demək olar ki, Azərbaycan futzalı löklü dəyişikliklər ərəfəsindədir?
- Təbii ki. Gənclərin futzala cəlb edilməsi əsas məsələ olacaq.
- Düşünürsünüz ki, futzalda kütləvilik azalıb?
- Fakt budur ki, artmayıb. Bizi qane edən səviyyədə deyil. Getdikcə çətinlik çəkirik. İdmançılar 15-16, bəlkə də 12-13 yaşından futzala cəlb edilməlidirlər.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video