"Liverpul"un stadionu bizə düşmən olacaq"

"Liverpul"un stadionu bizə düşmən olacaq"
XƏBƏR 3 Mart 2023 / 17:26 1994
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 26-cı turunda səfərdə "Liverpul"a qarşı keçirəcəkləri matç barədə danışıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis görüşün oynanılacağı "Enfild" stadionunda əla atmosfer olacağını deyib: “Düşünürəm ki, "Liverpul" ilə oyunadək zədəsini sağaldıb, komandaya qayıdan oyunçularımız olacaq. Luk Şounun qayıtmasını səbirsizliklə gözləyirik. Ceydon Sanço xəstə idi, amma gözləyək. Düşünürəm ki, o da heyətə daxil edilə bilər. "Liverpul"la oyunu səbirsizliklə gözləyirik. Stadionda ab-hava əla olacaq. Bu oyunda "Liverpul"un stadionu bizə düşmən olacaq. Amma biz bunu bəyənirik".

Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" oyunu martın 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner