Xavidən Karvahala: "Axmaqsan!"

Xavidən Karvahala: "Axmaqsan!"
XƏBƏR 3 Mart 2023 / 16:22 3673
-  A +

"Barselona"nın baş məşqçisi Xavi ötən gecə İspaniya Superkubokunun yarımfinalının ilk görüşündə "Real"ın futbolçusu Dani Karvahala kobud şəkildə müraciət etməsi gündəmə gəlib.

Qol.az xəbər verir ki, 91-ci dəqiqədə Karvahal "Barselona"nın Aleks Balde ilə mübahisə edib. Aleks Karvahala deyib: "Sən nə edirsən?"

Bundan sonra futbolçular mübahisəni davam etdiriblər və “Barselona”nın baş məşqçisi Xavi vəziyyətə müdaxilə edib. Karvahal həmin vaxt ona deyib: "Hə, sən çox ağıllısan". Xavi isə Karvahala belə cavab verib: "Axmaq, sən axmaqsan". Nəticədə baş hakim Xose Munuera Montero Xaviyə sarı vərəqə göstərib.

Xavinin bu sözləri matçın efirində yer alıb. Karvahalın isə daha sonra Xaviyə hansı cavabı verdiyini videoyazılardan müəyyənləşdirmək mümkün olmayıb. Xavinin bu hərəkəti azarkeşlərin narazılığına səbəb olub.

Qeyd edək ki, sözügedən görüş Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında cavab oyunu aprelin 5-də "Kamp Nou"da olacaq.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner