"Qarabağ"ın qapıçısına 3 oyunluq şərti cəza

"Qarabağ"ın qapıçısına 3 oyunluq şərti cəza
XƏBƏR 3 Mart 2023 / 15:01 3921
-  A +

AFFA-nın İntizam Komitəsi "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvilini 3 oyunluq şərti cəzalandırıb.

Qol.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurumun bu gün keçirilən iclasında qərar qəbul olunub. Komitənin belə qərar verməsinə səbəb 24 yaşlı qolkiperin Misli Premyer Liqasının 24-cü turunda "Neftçi" ilə oyuda (1:1) azarkeşlərə tərəf kənar əşya atması olub. Şərti cəzaya görə üç ay sınaq müddəti təyin edilib.

"Qarabağ" klubu qapıçısının  hərəkətinə görə  "Qarabağ" 2400 manat məbləğində cərimələnib. 

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner