Buskets Messi və Ramosun rekordunu təkrarladı

Buskets Messi və Ramosun rekordunu təkrarladı
XƏBƏR 3 Mart 2023 / 14:38 1004
-  A +

İspaniya kubokunun yarımfinalında "Real" ilə ilk matç "Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi görüşdə meydana çıxmaqla karyerasında 46-cı "El-Klassiko"nu keçirib.  Nəticədə o, "Real"ın keçmiş müdafiəçisi Serxio Ramos və "Barselona"nın sabiq hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

Qeyd edək ki, ötən gecə "Barselona" "Real"a 1:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab oyunu aprelin 5-də "Kamp Nou"da olacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner