"Atletiko"da yeni müqavilə

"Atletiko"da yeni müqavilə
XƏBƏR 3 Mart 2023 / 14:19 670
-  A +

"Atletiko" futbolçusu Abde Rayhani ilə müqaviləni uzadıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Rayhani hələ Madrid təmsilçisinin əsas komandasında çıxış etməsə də, gənclərdən ibarət komandanın lideridir. Abde bu mövsüm 7 oyunda iştirak edib, 4 qol vurub və 2 qolun ötürməsini verib. O, həmçinin "Atletiko"nun UEFA Gənclər Liqasının 1/8 finalında “Genk”ə qalib gəlməsinə (4:1) kömək edərək, qollardan birini vurub. İspaniya mətbuatında yer alan məlumatlara görə, Abdenin yaxında La Liqa klubunun əsas komandasında oynaması da gözlənilir.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner