"Arsenal" onunla 5 illik müqavilə imzalayır

"Arsenal" onunla 5 illik müqavilə imzalayır
XƏBƏR 3 Mart 2023 / 13:25 1021
-  A +

"Arsenal" futbolçusu Bukayo Saka ilə müqaviləni uzadacaq.

Qol.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Tərəflər artıq 5 illik sözləşmənin bağlanması üçün razılığa gəliblər. 21 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi isə 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Saka bu mövsüm "Arsenal"ın heyətində 33 oyunda 11 qol vurub və 9 qolun ötürməsini verib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner