La Liqanın dayandırılmasını tələb etdilər

La Liqanın dayandırılmasını tələb etdilər
XƏBƏR 3 Mart 2023 / 12:41 2613
-  A +

"Kadis" hakim qərarlarından narazı qaldığına görə La Liqanın dayandırılmasını tələb edib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

"Kadis" yanvarın 16-da keçirilən "Elçe" ilə matçdakı (1:1) hakim qərarlarından narazıdır. Qarşılaşmanı Karlos del Kerro Qrandenin rəhbərlik etdiyi briqada idarə edib.

Klub rəqibin vurduğu qol zamanı oyundankənar vəziyyət olduğuni iddia edir. "Kadis" matçın nəticələrinin ləğvini və görüşün təkrar keçirilməsini istəyib. Lakin "Kadis"in bu tələbinə cavab verilməyib.

İndi isə "Kadis" federasiya digər səlahiyyətli orqanların iştirakı ilə məsələyə açıq şəkildə baxılana qədər La Liqanın dayandırılmasını tələb edir.

Qeyd edək ki, "Kadis" hazırda La Liqanın turnir cədvəlində 25 xalla 16-cıdır.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner