"Trabzonspor"un prezidenti istefa verdi

"Trabzonspor"un prezidenti istefa verdi
XƏBƏR 3 Mart 2023 / 11:38 1378
-  A +

"Trabzonspor"un prezidenti Ahmet Ağaoğlu klubdan ayrılıb.

Qol.az xəbər verir ki, bu barədə Ahmet Ağaoğlu özü bildirib. O, Tvitter hesabında paylaşım edərək yazıb: "Məndən sonra vəzifəyə gələcək dostlarımın klubumuzu çox daha yüksək səviyyəyə çatdıracaqlarına və onu uğurla idarə edəcəklərinə bütün qəlbimlə inanıram. Yeni təyin olunacaq klub prezidentinə və idarəçilərə dəstək olmaq ən böyük istəyimdir".

Qeyd edək ki, Ahmet Ağaoğlu 2018-ci ildən "Trabzonspor"un prezidenti idi. "Trabzonspor" onun dövründə ötən mövsüm Türkiyə Superliqasının çempionu olub. Bu, "Trabzonspor"un 1982/83 mövsümündən sonra ilk çempionluğudur.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner