"Barselona" yay transfer pəncərəsində də futbolçu ala bilməyəcək

"Barselona" yay transfer pəncərəsində də futbolçu ala bilməyəcək
XƏBƏR 3 Mart 2023 / 11:19 1719
-  A +

"Barselona" növbəti yay transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək.

Qol.az xəbər verir ki, bu barədə La Liqa prezidenti Xavier Tebas danışıb. O, maliyyə feyr-pley qaydaları ilə əlaqədar Kataloniya təmsilçisinin transfer problemi yaşayacağını deyib:

"Barselona" qış fasiləsində maliyyə problemləri səbəbindən futbolçu ala bilmədi. Onlara icazə vermədik. Həmçinin "Barselona" yayda da transfer edə bilməyəcək. Joan Laporta ("Barselona"nın prezidenti - red.) mənə əsəbiləşəcək, amma əvvəlcə çox şeyin dəyişməsi lazımdır".

Qeyd edək ki, "Barselona" geridə qalan qış transfer pəncərəsində yeni futbolçu ala bilməmişdi. Klub ötən yayda isə yeni transferlərini qeydiyyatdan keçirməkdə çətinlik çəkmişdi.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner