Potteri Zidan əvəzləyir?

Potteri Zidan əvəzləyir?
XƏBƏR 2 Mart 2023 / 22:38 3082
-  A +

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan "Çelsi"ni çalışdıra bilər.

Qol.az Sport.es-ə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi fransalı mütəxəssisin komandanı çətin vəziyyətdən çıxaracağına inanır.

Hazırkı baş məşqçi Qrem Potterin istefaya göndərilməsindən sonra Zidanla danışıqlar başlayacağı bildirilib.

Qeyd edək ki, fransalı mütəxəssis 2021-ci ildən  “Real"dan ayrıldıqdan sonra klubsuzdur. "Real" Zidanın rəhbərliyi altında 3 dəfə Çempionlar Liqası, iki dəfə İspaniya çempionluğu, bir dəfə ölkə, iki dəfə UEFA superkuboku və 2 dəfə klublararası dünya kubokunu qazanıb.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner