Azərbaycanın daha bir gimnastı finala yüksəldi

Azərbaycanın daha bir gimnastı finala yüksəldi
XƏBƏR 2 Mart 2023 / 19:06 787
-  A +

Azərbaycanın daha bir idman gimnastı Qətərin Doha şəhərində idman gimnastikası üzrə keçirilən Dünya kubokunda finala yüksəlib.

Qol.az xəbər verir ki, milli komandanın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərinin icrasında təsnifat mərhələsini 5-ci pillədə başa vurub. Gimnast bu nəticə ilə adını finala yazdırıb.

Qeyd edək ki, daha əvvəl Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb. Final raundu martın 3-də keçiriləcək.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin 


Qarabağ FK
Son xəbərlər
18.11.26  12:30

"Real"dan gedəcək?

18.11.26  09:19

Messidən sərt tələb

topaz banner