PFL rəsmisi Konfrans Liqasının 1/8 finalına təyinat aldı

PFL rəsmisi Konfrans Liqasının 1/8 finalına təyinat aldı
XƏBƏR 2 Mart 2023 / 14:09 963
-  A +

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov Avropada növbəti təyinatını alıb.

Qol.az xəbər verir ki, bu haqda PFL-in saytı məlumat yayıb.

O, UEFA Avropa Konfrans Liqasının 1/8 final mərhələsinin “Anderlext” (Belçika) – “Vilyarreal” (İspaniya) matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, görüş martın 9-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin 


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner