Messi komanda yoldaşlarına qızıl telefon hədiyyə etdi - Şəkil

Messi komanda yoldaşlarına qızıl telefon hədiyyə etdi - Şəkil
XƏBƏR 2 Mart 2023 / 12:40 4559
-  A +

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi yığmanın heyətində DÇ-2022-də birlikdə çıxış etdiyi komanda yoldaşlarını bahalı hədiyyələrlə mükafatlandırıb.

Qol.az xəbər verir ki, bu haqda "The Sun" məlumat yayıb. 35 yaşlı forvard komanda yoldaşlarının hər birinə qızıl təbəqəsi ilə örtülmüş "İphone 14 Pro" markalı mobil telefon hədiyyə edib. Messi 35 telefona ümumilikdə 175 min funt sterlinq  (bugünkü məzənnə ilə 357 min manat) xərcləyib. 

O, həmçinin bu hədiyyədən milli komandanın işçilərinə də paylayıb.

Qeyd edək ki, Messi Argentina millisi ilə DÇ-2022-nin qalibi olub. O, həmçinin mundialın ən yaxşı futbolçusu seçilib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner