Millimizin üzvü: "Yunanıstan yığması ilə oyuna tam hazırıq"

Millimizin üzvü: "Yunanıstan yığması ilə oyuna tam hazırıq"
XƏBƏR 2 Mart 2023 / 11:57 867
-  A +

“Araz-Naxçıvan”da çıxış edən oyunçular Yunanıstanla matçın hazırlığına daha erkən cəlb edilmişdilər. Ümumiyyətlə, komandanın çempionat oyunlarına hazırlıq prosesində millinin bu matçları da nəzərə alınırdı".

Qol.az xəbər verir ki, bu sözləri millimizin futzalçısı Xətai Bağırov DÇ-2024-ün əsas mərhələsində Yunanıstan və Polşa yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə Azərbaycan Futzal Federasiyasının açıqlamasında deyib.

"Yunanıstanla oyundakı tapşırığımız da aydındır: qələbə qazanmalı, Polşa səfərinə qalib yollanmalıyıq. Düzdür, onları Afinada böyükhesabla udmuşuq. Amma bu matç da, hesab da keçmişdə qaldı. Addım-addım məqsədimizə nail olmaq üçün matçlardan maksimum nəticə ilə ayrılmalıyıq. Yunanıstan yığması ilə oyuna tam hazırıq. Ciddi zədəsi olan futzalçımız yoxdur. Bu da komanda üçün müsbət məqamdır. Atmosfer də yaxşıdır. Heyətə cəlb olunan oyunçuların hamısı düşərgəyə tam hazır gəliblər" - deyə o bildirib.

X.Bağırov Polşaya qarşı görüş haqda isə bunları söyləyib: "Polşaya gəldikdə, səfərdə oynayacağıq, çətin bir duel olacaq. Ancaq heç bir sədd keçilməz deyil. Bu mərhələni zirvədə başa vurmalı, elit-raunda lider kimi yollanmalıyıq. Final mərhələsinə qədər bizi çətin sınaqlar gözləyir. Yolumuz uzun və çətin olsa da, məqsəd, tapşırıq dəyişmir: ikinci dəfə final mərhələsində oynamaq. Bu yolda hamımız səfərbər olmuşuq”.

Qeyd edək ki, millimiz martın 3-də, saat 20:00-da, Bakı İdman Sarayında Yunanıstan, 4 gün sonra Koszalin şəhərindəki idman zalında, yerli vaxtlar saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00-da) Polşa yığması ilə qarşılaşacaq.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner