"Beşiktaş"dan zəlzələdən zərərçəkənlərə növbəti yardım layihəsi

"Beşiktaş"dan zəlzələdən zərərçəkənlərə növbəti yardım layihəsi
XƏBƏR 2 Mart 2023 / 10:30 988
-  A +

"Beşiktaş" Türkiyədə baş verən zəlzələdən zərərçəkənlər üçün növbəti yardım layihəsini açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə klub prezidenti Ahmet Nur Çebi "Omuz Omuza" kampaniyasının yayımı zamanı öz açıqlamasında bildirib. Çebinin sözlərinə görə, "Beşiktaş" zəlzələ bölgəsində 6 məktəb tikdirəcək. 

Daha əvvəl "Beşiktaş" futbolçularının Superliqanın 14-cü turunun "Antalyaspor"la təxirəsalınmış və ötən bazar günü keçirilən oyununa geyindiyi formaları hərracda satışa çıxaracağını, əldə olunan gəlir isə zəlzələdən zərərçəkənlərə göndəriləcəyini bildirmişdi.

Əlavə edək ki, "Omuz Omuza" kampaniyası zəlzələ bölgələrində zərərəkən insanlara yardım məqsədi ilə təşkil olunub. Kampaniya həmi bölgələrdəki sığınacaq, yaşam ehtiyaclarını ödəmək üçün fəaliyyət göstərir. "Omuz Omuza" iyunun 15-dək davam edəcək.

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 44 min nəfərdən çox şəxs həyatını itirib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner