Xavi: "Real" "El-Klassiko"nun favoritidir"

Xavi: "Real" "El-Klassiko"nun favoritidir"
XƏBƏR 1 Mart 2023 / 20:34 2744
-  A +

"Barselona"nın baş məşqçisi Xavi İspaniya kubokunun yarımfinalında "Real"la keçirəcəkləri ilk matç barədə danışıb.

Qol.az xəbər verir ki, mütəxəssis Madrid təmsilçisinin çox təhlükəli rəqib olduğunu deyib:

“Bu, titul qazanmaq üçün əla fürsətdir. "Real" çox təhlükəli rəqibdir. Bunu bilirik. Amma məqsədimiz qələbə qazanmaqdır. Düşünürəm ki, finala çıxmağın taleyi "Kamp Nou"da keçiriləcək cavab matçında həll olunacaq.

"Real" La Liqanın və Çempionlar Liqasının son qalibidir. Buna görə də onlar "El-Klassiko"nun favoritidirlər. Bəli, biz "Real"ı Superkubbokda məğlub etdik. Amma düzünü deməliyəm ki, onlar favoritdirlər. Bununla belə, mən inanıram ki, "Real"ı çətin vəziyyətə sala biləcəyik. Mən çox balanslı matç gözləyirəm". 

Qeyd edək ki, martın 2-də keçiriləcək "Real" - "Barselona" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu aprelin 5-də olacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner