Dmitri Kramarenkonun qızı Rusiya çempionu oldu - Şəkillər

Dmitri Kramarenkonun qızı Rusiya çempionu oldu - Şəkillər
XƏBƏR 1 Mart 2023 / 08:51 2531
-  A +

Lala Kramarenko bədii gimnastika üzrə Rusiya çempionatının dörd ayrı növünün hamısında qalib olub.

Qol.az xəbər verir ki, bu haqda championat.com saytı məlumat yayıb. Kramarenko lent, halqa, top və gürzlə hərəkətlərdə ən yaxşı seçilib. O, halqa ilə hərəkətlərdə 40,45 xal, topla hərəkətlərdə 38,35, gürzlər üzrə hərəkətlərdə 39,65, lentlə hərəkətlərdə isə 40,50 xal toplayıb. 

18 yaşlı Lala Kramarenko komanda hesabında 2021-ci ilin Avropa çempionu olmaqla yanaşı, yeniyetmələr arasında üçqat dünya çempionudur.

Qeyd edək ki, L.Kramarenko məşhur azərbaycanlı futbolçu, millimizin qapıçısı və məşqşisi olmuş Dmitri Kramarenkonun qızıdır.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner