"Napoli"dən Xviçaya yeni müqavilə, ikiqat maaş

"Napoli"dən Xviçaya yeni müqavilə, ikiqat maaş
XƏBƏR 28 Fevral 2023 / 16:45 3046
-  A +

"Napoli" 2022/23 mövsümünün sonunda futbolçusu Xviça Kvaratsxeliyaya yeni müqavilə təklif edəcək.

Qol.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. A seriyası təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin maaşını 2 dəfə artıracaq və həmçinin performans bonusları əlavə edəcək. 

Hazırda Gürcüstan millisinin üzvü 2027-ci ilin yayına kimi olan müqavilə əsasında illik 1,2 milyon avro qazanır. İtaliya klubu Kvaratsxeliyaya ildə 2,5 milyon avro ödəməyə, eləcə də müqaviləsini 2028-ci ilə qədər uzatmağa hazırlaşır.

Qeyd edək ki, Xviça Kvaratsxeliya 2022-ci ilin yayından "Napoli"də oynayır. O, komandanın heyətində 26 matçda 12 qol vurub və 15 qolun ötürməsini verib. Xviça Azərbayan millisinin sabiq üzvü Badri Kvaratsxeliyanın oğludur.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner