"Mbappe Messi və Ronaldonun davamçısı olacaq"

"Mbappe Messi və Ronaldonun davamçısı olacaq"
XƏBƏR 28 Fevral 2023 / 16:22 2017
-  A +

Braziliyalı əfsanəvi futbolçu Ronaldo Fransa yığmasının və PSJ-nin oyunçusu Kilian Mbappe haqqında danışıb.

Qol.az "RMC Sport"a istinadən xəbər verir ki, o, "The Best"in mükafatlandırılma mərasimində 24 yaşlı hücumçunun mükəmməl və istedadlı hücumçu olduğunu deyib: 

“Mbappeyə salam verdim, bir az söhbət etdik. Mbappe xüsusi futbolçudur və hər dəfə bir-birimizi görəndə yaxşı ünsiyyət qururuq. Düşünürəm ki, Mbappe artıq bir neçə ildir ki, əla, fantastik nəticələrə imza atır. Mbappe Messi və Ronaldonun əldə etdiklərinə nail olacaq. Kilian onların davamçısı olacaq".

Qeyd edək ki, Kilian Mbappe FİFA tərəfindən 2022-ci ilin rəmzi komandasına da daxil edilib.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner