Millimizin qapıçısı: "Qələbədən başqa heç nə haqda düşünmürük"

Millimizin qapıçısı: "Qələbədən başqa heç nə haqda düşünmürük"
XƏBƏR 28 Fevral 2023 / 12:51 1421
-  A +

“Meydana qələbə üçün çıxacağıq. Polşa ilə səfər oyunöncəsi 3 xal bizim üçün vacibdir. Yunanıstan millisinin növbəti mərhələyə çıxmaq üçün heç bir şansının olmaması bizi arxayınlaşdırmayacaq. Çünki asan oyun və rəqib yoxdur. Bu oyun həm də reytinq xalına təsir edəcək. Ona görə qələbədən başqa heç nə haqda düşünmürük".

Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin qapıçısı Rövşən Hüseynli DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də Yunanıstanla keçirəcəkləri oyun öncəsi deyib.

"Klubumda qollar vururam. O da baş məşqçinin taktiki tapşırıqlarından irəli gəlir. Əgər millidə də baş məşqçimiz bu taktiki gedişdən istifadə etmək istəsə və meydanda olan vaxt belə göstəriş verərsə, əlimdən gələni etməyə hazıram” - deyə o bildirib.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner